Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Özbəkistanın xarici işlər naziri Bəxtiyar Saidov Gürcüstanın Batumi şəhərində Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə səmərəli görüş keçirib.

Saidov görüş zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin salamlarını çatdırıb. Tərəflər strateji tərəfdaşlığın gücləndirilməsi, yüksək səviyyəli səfərlər zamanı əldə olunmuş razılaşmaların həyata keçirilməsi, ticarət və investisiyaların artırılması, həmçinin nəqliyyat və logistika sahələrində birgə layihələrin irəlilədilməsi məsələlərini müzakirə ediblər.

Görüşdə regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Saidov həmçinin Acarıstan Muxtar Respublikasının Hökumət Başçısı Zurab Pataradze ilə görüşüb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp