Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Görüş zamanı Pakistan və Çin arasında ikitərəfli münasibətlər müzakirə olunub, tərəflər "Hər Şəraitdə Strateji Əməkdaşlıq Tərəfdaşlığı"nı daha da gücləndirmək əzmində olduqlarını bir daha təsdiqləyiblər.

İki nazir Çin-Pakistan İqtisadi Dəhlizinin (CPEC) ikinci mərhələsi çərçivəsində yüksək keyfiyyətli inkişafın dəstəklənməsini, eləcə də ticarət, investisiya, elm və texnologiya, rəqəmsal iqtisadiyyat və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Tərəflər həmçinin regional və qlobal proseslər barədə fikir mübadiləsi apararaq, qarşılıqlı maraq doğuran məsələlər üzrə sıx koordinasiyanı davam etdirmək barədə razılığa gəliblər. Görüşdə innovasiyaya əsaslanan inkişaf və yeni texnologiyalar sahəsində strateji əməkdaşlığın əhəmiyyəti də vurğulanıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp