Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Vatikanın Dövlətlərlə Əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qallageri Xarici İşlər Nazirliyində qəbul edib. Qallagerin səfəri Pakistan və Vatikan arasında diplomatik münasibətlərin qurulmasının 75-ci ildönümü çərçivəsində baş tutub.

Görüş zamanı Dar Vatikanın sülhün təşviqi, dinlərarası harmoniya və dialoq sahələrindəki rolunu yüksək qiymətləndirib. O, həmçinin Pakistandakı katolik icmasının xüsusilə təhsil və səhiyyə sahələrində verdiyi dəyərli töhfələri vurğulayıb.

Arxiyepiskop Qallager isə Pakistanın vasitəçilik, dialoq və diplomatiya yolu ilə regional sülhün və sabitliyin təmin edilməsində oynadığı konstruktiv rolu yüksək qiymətləndirib.

Görüşdə Papa XIV Leonun sülhə və Fələstin məsələsinin ədalətli həllinə dair çağırışları da müzakirə olunub. Dar Papanın bu istiqamətdəki mövqeyini yüksək qiymətləndirərək Pakistanın Fələstin xalqı ilə həmrəyliyinin davam etdiyini vurğulayıb. Tərəflər davam edən humanitar böhranla bağlı dərin narahatlıqlarını ifadə edərək regionda sülhün irəlilədilməsi üçün beynəlxalq səylərin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Görüşün sonunda Pakistan və Vatikan arasında münasibətlərin daha da gücləndirilməsi, müxtəlif dinlərin nümayəndələri arasında qarşılıqlı hörmət, anlaşma və dinc yanaşı yaşama mədəniyyətinin inkişaf etdirilməsi istiqamətində qətiyyət bir daha təsdiqlənib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp