Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Pakistan Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Tacikistanın paytaxtı Düşənbədə keçirdiyi görüşlərdən sonra ölkəni tərk edib. Dar səfəri zamanı Şanxay Əməkdaşlıq Təşkilatının Hökumət Başçıları Şurasının iclasında iştirak edib və toplantı çərçivəsində ikitərəfli görüşlər keçirib.

Darı hava limanında Tacikistanın energetika və su ehtiyatları naziri, Pakistan-Tacikistan Birgə Komissiyasının həmsədri Daler Cuma, Pakistanın Tacikistandakı səfiri İrfan Əhməd və Tacikistanın yüksək vəzifəli rəsmiləri yola salıblar.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp