Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Xorvatiyanın Baş naziri Andrey Plenkoviç sol müxalifət partiyasının parlament zalını tərk etməsini tənqid edib.

Plenkoviç sosial media hesabında etdiyi paylaşımda bildirib: “Xorvatiyadakı vəziyyəti daim dəhşətli mənzərədə təqdim etmək Sosial Demokrat Partiyasının (SDP) klassik siyasi yanaşmasıdır. Digər tərəfdən, Xorvatiya Hökuməti illik fəaliyyət hesabatını təqdim edərkən onlar parlament zalını tərk edirlər. Bu, onlara etimad göstərən və səs verən vətəndaşlara qarşı ədalətli deyil”.

Plenkoviç həmçinin Xorvatiyanın bu gün beynəlxalq arenada daha güclü mövqeyə sahib olduğunu, lakin sol müxalifətin bunu inkar etməyə davam etdiyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp