Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şanxay Əməkdaşlıq Təşkilatının Çin Xalq Respublikasında keçirilən Dövlət Başçıları Şurasının 25-ci Zirvəsi çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanı qəbul edib.

Görüşdə, Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmaq istiqamətində atılan addımlar çərçivəsində Türkiyə-Ermənistan münasibətləri müzakirə olunub.

Prezident Ərdoğan, Ermənistanla Azərbaycan arasındakı sülh prosesində əldə olunan irəliləyişdən məmnunluğunu ifadə edib. O vurğulayıb ki, Türkiyə bölgədə sülhü, sabitliyi və inkişafı dəstəkləyir və bu prosesə konstruktiv töhfə verməyə davam edəcək.

Görüşdə, həmçinin, Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atıla biləcək addımların qiymətləndirildiyi bildirilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp