Putin Netanyahu ilə telefon danışığı apardı
Moskva, 7 may (Hibya) – Rusiya Prezidenti Vladimir Putin İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefonla danışıb.
6 may tarixində keçirilən telefon danışığında Rusiya Prezidenti Vladimir Putin və İsrail Baş naziri Benyamin Netanyahu İkinci Dünya Müharibəsinin tarixi həqiqətlərini müdafiə etmək əzmlərini bir daha təsdiqləyiblər.
İki lider müharibənin nəticələrinin təhrif olunmasına qarşı birgə mövqe nümayiş etdirməyin vacibliyini vurğulayıblar. Görüş zamanı bildirilib ki, Rusiya ilə İsrail arasındakı əməkdaşlıq bu istiqamətdə davam etdiriləcək.
Azərbaycan İnformasiya Agentliyi