Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Avropa Komissiyasının sədri Ursula von der Leyen Litvanın Avropa İttifaqı Şurasına sədrliyi ərəfəsində Mindaugas Sinkevičius ilə keçirdiyi görüşlə bağlı açıqlama verib.

Von der Leyen deyib: “Xüsusilə şərq cinahımızda müdafiəmizi gücləndirməkdən tutmuş, Ukraynaya bu müharibəni ədalətli şəkildə başa çatdırmaqda dəstək olmağa qədər qarşıda bizi gərgin aylar gözləyir”.

Ukrayna, Moldova və Qərbi Balkanların Avropa İttifaqına daha da yaxınlaşdırılmalı olduğunu bildirən von der Leyen deyib: “Birlikdə dövrümüzün çağırışlarına hazır olan, daha da güclü Avropa qura bilərik”.

Von der Leyen görüşdə məqsədlərə uyğun büdcənin təmin edilməsinin də müzakirə olunduğunu qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp