Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiya Prezidenti Putin Pakistanın Müstəqillik Günü münasibətilə Pakistan Prezidenti Zərdari və Baş nazir Şərifə təbrik mesajları göndərib.

Kremlin tərəfindən verilən açıqlamaya görə, Putin mesajında Rusiya-Pakistan münasibətlərinin uğurla inkişaf etdiyini bildirib.

İki ölkənin siyasi, ticarət, iqtisadi və humanitar sahələrdə, eləcə də regional və qlobal məsələlər üzrə əməkdaşlıq etdiyini qeyd edən Putin, Rusiya və Pakistanın mühüm regional və beynəlxalq məsələlər üzrə sıx təmasda olduğunu bildirib.

Putin iki ölkənin əməkdaşlığın əhatə dairəsini genişləndirmək və beynəlxalq təhlükəsizliklə sabitliyin möhkəmləndirilməsinə töhfə vermək məqsədilə birgə səylərini davam etdirəcəyinə əmin olduğunu bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp