Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyi Əl-Əqsa məscidinə qarşı davam edən məskunlaşanların basqınlarını pisləyib.

Nazirliyin açıqlamasında son basqının İsrail işğal qüvvələrinin mühafizəsi altında həyata keçirildiyi bildirilib və bu hərəkətlər “beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması” kimi qiymətləndirilib.

Açıqlamada Əl-Əqsa məscidinin yalnız müsəlmanlara məxsus ibadət yeri olduğu vurğulanaraq, Qüdsdə və müqəddəs məkanlarda tarixi və hüquqi status-kvonu dəyişdirməyə yönəlmiş birtərəfli addımların beynəlxalq hüquqa əsasən etibarsız olduğu qeyd edilib.

Qətər Xarici İşlər Nazirliyi pozuntuların bölgədə gərginliyi artıra biləcəyi barədə xəbərdarlıq edərək, beynəlxalq ictimaiyyəti İsrailin Fələstin xalqına və müqəddəs məkanlara qarşı pozuntularını dayandırmağa çağırıb.

Nazirlik həmçinin Fələstin xalqının 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil dövlət qurmaq hüququna dəstəyini bir daha təsdiqləyib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp