Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətərin Xarici İşlər Nazirliyində dövlət naziri Məhəmməd bin Əbdüləziz Əl-Xüleyfi Yaponiyanın paytaxtı Tokioda Nümayəndələr Palatasında keçirilən Sülh Vasitəçiliyi üzrə Parlament Liqasının iclasında çıxış edib. Əl-Xüleyfi dialoq və vasitəçiliyin Qətərin xarici siyasətinin əsas elementləri olduğunu bildirərək, münaqişələrin həlli üçün beynəlxalq əməkdaşlığın artırılmasına çağırıb.

Qətər Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, Əl-Xüleyfi uğurlu vasitəçilik proseslərinin etimad və etibarlılığın formalaşdırılmasından, səbirli davranmaqdan, öhdəliklərə əməl etməkdən və danışıqların məxfiliyini qorumaqdan asılı olduğunu bildirib. O qeyd edib ki, vasitəçilər münaqişə tərəflərinə onların qəbul edə biləcəyi və uzunmüddətli perspektivdə davamlı olacaq həll yollarına nail olmaqda kömək etməlidirlər.

Qətərin Əfqanıstan, Qəzza zolağı və Konqo Demokratik Respublikasındakı münaqişələrlə bağlı vasitəçilik təşəbbüslərinə toxunan Əl-Xüleyfi Ukraynadakı müharibə zamanı uşaqların ailələri ilə yenidən birləşdirilməsi istiqamətində görülən işlərə də diqqət çəkib. O vurğulayıb ki, davamlı sülhün təmin edilməsi üçün razılaşmaların əldə olunması ilə yanaşı, onların həyata keçirilməsi və verilən öhdəliklərin yerinə yetirilməsi də mühüm əhəmiyyət daşıyır.

Vasitəçilərin qorunmasının və danışıqlar kanallarının açıq saxlanılmasının vacibliyini bildirən Əl-Xüleyfi Qətər ilə Yaponiya arasındakı dostluq münasibətlərini və strateji tərəfdaşlığı da vurğulayıb. O, iki ölkənin dialoqun təşviqi, gərginliyin azaldılması, münaqişələrdən zərər çəkmiş ölkələrdə humanitar yardım və inkişaf fəaliyyətlərinin əlaqələndirilməsi sahələrində əməkdaşlığı genişləndirməsinə ümid etdiyini bildirib.

Əl-Xüleyfi həmçinin beynəlxalq mübahisələrin həllinə töhfə vermək məqsədilə Qətər ilə Yaponiya arasında vasitəçilik sahəsində təcrübə və ekspert biliklərinin mübadiləsinin artırılmasına çağırıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp