Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Suriyanın terroru dəstəkləyən dövlətlər siyahısından çıxarılmasını alqışlayıb.

Qətər Xarici İşlər Nazirliyinin açıqlamasında qərarın Suriya və bütövlükdə regionda sabitliyin təmin olunmasına yönələn səyləri dəstəkləyəcəyi və beynəlxalq qərarlara uyğun olaraq siyasi həll prosesinin irəliləməsinə töhfə verəcəyi bildirilib.

Açıqlamada Qətərin Suriyanın birliyi, suverenliyi və müstəqilliyinə dəstəyinin davam etdiyi vurğulanaraq, Suriya xalqının təhlükəsizlik, sabitlik və rifaha nail olmaq istiqamətindəki səylərinə həmrəyliklə dəstək verildiyi qeyd olunub.

Qətər Xarici İşlər Nazirliyi sözügedən inkişafın qardaş Suriya xalqının gözləntilərinə xidmət etməsini arzulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp