Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qətər Xarici İşlər Nazirliyi Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Al Sani ilə İordaniyanın Baş nazirinin müavini və xarici işlər naziri Ayman Safadinin telefon danışığı apardığını açıqlayıb.

Danışıq zamanı iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi və regional hadisələr müzakirə olunub, gərginliyin azaldılması məqsədilə diplomatik səylərin və koordinasiyanın davam etdirilməsi nəzərdən keçirilib.

Al Sani bütün tərəflərin dialoq və diplomatiyaya sadiq qalmasının vacibliyini vurğulayaraq, ABŞ ilə İran arasında əldə olunan razılaşma çərçivəsində Hörmüz boğazında sərbəst naviqasiyanın təmin edilməsinin regional təhlükəsizlik və sabitlik baxımından əhəmiyyət daşıdığını bildirib. Qətərin gərginliyin azaldılmasına və bölgədə davamlı sülhü təmin edəcək hərtərəfli razılaşmaya yönəlmiş səyləri dəstəklədiyi qeyd olunub.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp