Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya-Ukrayna danışıqlarının ikinci raundu ilə bağlı açıqlama verib.

Lavrov bildirib ki, ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyənin dəstəyi ilə Rusiya ilə Ukrayna arasında birbaşa danışıqların yenidən başlanması üçün zəmin yaradılıb. “İlk raund 16 mayda İstanbulda keçirilib. Razılaşmalara əsasən, tərəflər qarşılıqlı olaraq 1000 hərbi əsiri dəyişdilər. Həmçinin Moskva və Kiyev İstanbulda tərəflərin daimi həll üçün mövqelərini əks etdirən sənədlər hazırlamaq barədə razılığa gəldi.”

Lavrov bildirib ki, Rusiya tərəfi böhranın əsas səbəblərinin etibarlı şəkildə aradan qaldırılmasına dair fikirləri əks etdirən bir memorandum hazırlayıb. “Vladimir Medinski rəhbərliyindəki nümayəndə heyətimiz bu memorandumu Ukrayna heyətinə təqdim etməyə və lazım olan izahatları verməyə hazırdır. Bu, 2 iyun Bazar ertəsi günü İstanbulda keçiriləcək birbaşa danışıqların ikinci raundunda baş tutacaq,” – deyə təklif edib.

Lavrov sonda bildirib ki, sülh prosesinin uğurunda səmimi maraqlı olan və yalnız siyasi bəyanatlarla kifayətlənməyən bütün tərəflərin İstanbulda keçiriləcək yeni birbaşa Rusiya-Ukrayna danışıqlar raundunu dəstəkləyəcəyinə ümid edir.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp