Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

NATO-nun Baş katibi Mark Rutte Almaniyanın paytaxtı Berlində təşkil edilən Könüllülər Koalisiyasının (Coalition of the Willing) iclasında iştirak etdiyini açıqlayıb.

Sosial media hesabında paylaşım edən Rutte iclasda Ukraynada ədalətli və davamlı sülhün bərqərar edilməsi məsələsini müzakirə etdiklərini bildirib.

NATO-nun Baş katibi Rutte davamlı sülhün təmin olunması üçün Ukraynanın həm bu gün, həm də gələcəkdə özünü müdafiə etmək imkanına malik olmasının vacibliyini vurğulayıb. O, Ukraynanın ehtiyac duyduğu vasitə və imkanlara sahib olması üçün qətiyyətli dəstəyin davam etdirilməsinin zəruri olduğunu qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp