Şahbaz Şərif BMT Baş katibi Quterreşlə görüşüb
İslamabad, 7 oktyabr (Hibya) - Pakistanın Baş naziri Şahbaz Şərif Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşi Pakistanda qəbul edib.
Şərif görüş zamanı Quterreşin BMT-dəki fəaliyyətini yüksək qiymətləndirdiyini bildirərək Pakistanın daha səmərəli və təmsilçi BMT üçün səylərini davam etdirəcəyini qeyd edib.
Görüşdə Pakistanın vasitəçilik səyləri, BMT islahatları, sülhməramlı fəaliyyətlər, regional sülh, Kəşmir və Fələstin xalqlarının hüquqları, eləcə də inkişaf etməkdə olan ölkələr üçün münasib maliyyələşdirmə imkanları müzakirə olunub.
Şərif mübahisələrin həlli və gərginliyin artmasının qarşısının alınması üçün dialoq və diplomatiyanın əhəmiyyətini vurğulayıb.
Görüşdə Əfqanıstandakı vəziyyət də müzakirə olunub. Şərif sülhsevər Əfqanıstanın əhəmiyyətini qeyd edərək Əfqanıstan ərazisində fəaliyyət göstərən terror təşkilatlarına qarşı konkret addımlar atılmalı olduğunu bildirib.
Şərif Pakistanın beynəlxalq sülh və təhlükəsizlik, davamlı inkişaf və iqlim dayanıqlığı sahələrində BMT ilə əməkdaşlığını davam etdirəcəyini qeyd edib.
Azərbaycan İnformasiya Agentliyi