Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

BBC-nin məlumatına görə, SEPAH-a bağlı Fars Xəbər Agentliyi vasitəsilə yayılan bəyanatda ABŞ və İsrail mülki yaşayış məntəqələrindən və günahsız insanlardan “insan qalxanı” kimi istifadə etməkdə ittiham olunub.

Müharibənin başlanmasından bəri müəyyən sənaye zonalarına yönəlik əvvəlki xəbərdarlıqlardan fərqli olaraq, bu dəfə SEPAH konkret məkan göstərmədən daha geniş təhlükəsizlik xəbərdarlığı edib.

İran rəsmi qurumları ölənlərin sayı ilə bağlı susqunluğunu qoruyarkən, ABŞ-da yerləşən İnsan Hüquqları Fəalları Xəbər Agentliyi (HRANA) müharibənin itkiləri barədə məlumat yayıb.

HRANA məlumatına görə, fevralın 28-dən başlayan əməliyyatlardan bu yana ümumilikdə 1029 iranlı mülki şəxs, o cümlədən 221 uşaq həyatını itirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp