Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Monteneqronun Baş naziri Milojko Spajic ölkəsinin Avropa İttifaqına inteqrasiya prosesi ilə bağlı sosial media hesabında açıqlama verib.

Spajic üç illik intensiv işdən sonra İrlandiya səfirliyinin təşkil etdiyi tədbirdə Aİ Şurasının Genişlənmə üzrə İşçi Qrupunun (COELA), eləcə də Monteneqronun Aİ-yə Qoşulma Müqaviləsini hazırlayan işçi qrupunun üzvlərini qəbul etməkdən məmnunluğunu ifadə edib.

Qoşulma Müqaviləsinin hazırlanmasının Monteneqro qədər Avropa İttifaqı üçün də vacib olduğunu bildirən Spajic hazırkı geosiyasi şəraitdə Aİ-nin genişlənmə siyasətinin transformasiyanın ən güclü vasitələrindən biri olmaq potensialına malik olduğunu qeyd edib.

Spajic bildirib ki, Monteneqro bu payız Avropa yolunun 18-ci ilini tamamlayacaq və bu dövrün Avropa ideyasının yetkinləşməsi, daha güclü və vahid Avropa məqsədi baxımından mühüm mərhələ olmasını arzuladığını bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp