Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Finlandiya Prezidenti Alexander Stubb Ukraynanın paytaxtı Kiyevə səfəri zamanı üç Finlandiya şirkətinin ukraynalı tərəfdaşlarla niyyət məktubları imzaladığını açıqlayıb.

Stubb sənaye əməkdaşlığının quru, dəniz və hava sahələrində inkişaf etdiriləcəyini bildirərək, sözügedən razılaşmaların Insta, Boomeranger və Patria şirkətləri tərəfindən imzalandığını qeyd edib.

Stubb bu üç şirkətlə yanaşı, Nokia, ICEYE, Sensofusion və NestAI şirkətlərinin də kritik texnologiyalar sahəsində Finlandiyanı Kiyevdə təmsil etdiyini bildirib.

Finlandiya şirkətlərinə təşəkkür edən Stubb deyib: “Şirkətlərimizə öncüllük etdikləri və cəsarət göstərdikləri üçün təşəkkür edirəm. Əməkdaşlıq sayəsində həm Finlandiya, həm də Ukrayna qazanacaq.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp