Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Suriyanın xarici işlər və mühacirlər naziri Əsəd Həsən Şeybani Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Mariano Qrossi ilə görüşüb.

Görüşdə Suriya Ərəb Respublikası ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlığın tarixi mərhələyə çatdığı bildirilib. Bu çərçivədə Qrossi və agentliyin müfəttişlərindən ibarət nümayəndə heyətinin Deyr əz-Zor bölgəsindəki bir obyektə, həmçinin Suriya hökuməti tərəfindən müəyyən edilmiş nüvə materialları ilə əlaqəli digər əraziyə səfəri müzakirə olunub.

Tərəflər həmçinin koordinasiya və əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar. Görüşdə Suriyanın nüvə enerjisindən mülki və dinc məqsədlərlə istifadə etmək üzrə suveren və hüquqi haqqının təmin edilməsinin zəruriliyi ifadə olunub.

Görüşdə Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarəçilər Şurasında baxılmaqda olan məsələlərin mümkün qədər tez həll edilməsi üçün əməkdaşlığın gücləndirilməsi barədə də razılığa gəlinib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp