Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Tayvan sahil mühafizəsi həftə sonu adanın şimal-şərqində baş verən hadisədə Kamerun və Tanzaniya qeydiyyatlı gəminin iştirak etdiyindən şübhələndiyini bildirdi. Ancaq pis hava şəraiti səbəbindən sahil mühafizə əməkdaşları gəmiyə minə bilməyiblər və gəmi Cənubi Koreyanın Busan limanına doğru yola düşüb.

Tayvan tərəfinin məlumatına görə, gəmidəki yeddi dənizçi Çin vətəndaşlarıdır və vasitənin sahibi Honq-Konq şəhərində yerləşir.

Tayvan kabelin 3 fevral tarixinə qədər təmir ediləcəyinə söz verib.

KİV xatırladır ki, 2023-cü ildə Tayvan iki Çin gəmisini Tayvan Boğazındakı Matsu adalarına aparan iki internet kabelinə zərər verməkdə ittiham etmişdi. Lakin Taype bu hərəkətin qəsdən olduğunu sübut edən heç bir dəlil tapa bilmədi.

Tayvan məsələsi 1949-cu ildə Çin Xalq Respublikasının elan edilməsi və Çin Kuomintang partiyasının bir hissəsinin Tayvan adasına köçməsi ilə ortaya çıxdı. Pekin "tək Çin prinsipi" üzərində israr edir və buna görə həm ÇXR, həm də Tayvandakı Çin Respublikası eyni zamanda tanına bilməz. Bununla yanaşı, demək olar ki, bütün böyük ölkələrin Taype şəhərində qeyri-rəsmi mədəniyyət və iqtisadi ofisləri var.

Azərbaycan İnformasiya Agentliyi

 

Anasayfa Reklam Alanı 1 728x90
facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp