Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpinqlə apardığı uzun və əhatəli telefon danışığının detalları ilə bölüşüb.

Danışıq zamanı müzakirə olunan geniş gündəliyə toxunan Tramp deyib: “Ticarət, ordu, aprel ayında Çinə edəcəyim səfər, Tayvan, Rusiya-Ukrayna müharibəsi və İranla bağlı mövcud vəziyyət kimi bir çox mühüm məsələni müzakirə etdik. Çinin ABŞ-dan neft və təbii qaz alışı ilə yanaşı, bu mövsüm üçün soya paxlası alışını 20 milyon tona çatdırmaq qərarı və gələn mövsüm üçün 25 milyon ton öhdəliyi də daxil olmaqla əlavə kənd təsərrüfatı məhsulları alışları da nəzərdən keçirildi”.

Tramp təyyarə mühərriklərinin tədarükünün də gündəmdə olduğunu bildirərək əlavə edib: “Çinlə münasibətlərimiz və Prezident Si ilə şəxsi münasibətim son dərəcə yaxşıdır. Hər ikimiz bunun belə qalmasının nə qədər vacib olduğunu anlayırıq”.

Tramp açıqlamasını belə yekunlaşdırıb: “Prezidentliyimin qarşıdakı üç ili ərzində bir çox müsbət nəticələrin əldə olunacağına inanıram”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp