Tramp: Husilərə qarşı bombalamaları dayandıracağıq
Vaşinqton, 6 may (Hibya) – Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp bəyan edib ki, ABŞ husilərə qarşı bombalamaları dayandıracaq.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, husilər artıq döyüşmək istəmədiklərini bildiriblər.
Tramp bu barədə belə deyib: “Onlar sadəcə döyüşmək istəmirlər və biz buna hörmət edəcəyik – bombalamaları dayandıracağıq. Onlar təslim olublar... Artıq gəmiləri partlatmayacaqlarını deyirlər.”
Azərbaycan İnformasiya Agentliyi