Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlar keçiriləcəyini açıqlayıb.

Tramp İranın hərbi potensialının böyük ölçüdə məhv edildiyini iddia edərək deyib: “İranın donanması, hava qüvvələri, radarları, hava hücumundan müdafiə sistemləri və digər bütün müdafiə elementləri ilə birlikdə hücum potensialının böyük hissəsi artıq məhv olub.”

ABŞ-ın İrana qarşı yeni əməliyyat keçirəcəyini bildirən Tramp deyib: “ABŞ bu gecə İrana çox sərt zərbə endirəcək.”

Tramp açıqlamasında İranın enerji infrastrukturunu da hədəf göstərərək bildirib: “Çox uzaq olmayan gələcəkdə Xark adasını və digər neft infrastrukturu obyektlərini ələ keçirəcəyik və onların neft və təbii qaz bazarlarına tam nəzarəti öz üzərimizə götürəcəyik.”

Bu yanaşmanın Venesuelada tətbiq olunan siyasətə bənzədiyini müdafiə edən Tramp deyib: “Venesuelada etdiyimiz kimi hərəkət edəcəyik. Bu vəziyyət həm Venesuela, həm də Amerika Birləşmiş Ştatları üçün son dərəcə uğurlu nəticələr verir.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp