Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ Prezidenti Donald Tramp Meksika Prezidenti Klaudia Şeinbaum ilə keçirdiyi telefon danışığının detalları ilə bağlı məlumat paylaşıb.

Danışığın əsas mövzularına toxunan Tramp deyib: “Meksika Prezidenti Klaudia Şeinbaum ilə çox səmərəli telefon danışığı apardım. Bu, hər iki ölkə üçün son dərəcə faydalı oldu. Danışığın böyük hissəsi sərhəd, narkotik qaçaqmalçılığı və narkotik ticarətinin qarşısının alınmasına həsr olunmuşdu.”

Yaxın gələcəkdə üzbəüz görüşlərin keçiriləcəyinə işarə edən Tramp açıqlamasını belə tamamlayıb:

“Tezliklə yenidən görüşəcəyik və nəhayət öz ölkələrimizdə görüşlər təşkil edəcəyik. Meksikanın möhtəşəm və son dərəcə ağıllı lideri var – bundan çox məmnun olmalıdırlar!”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp