Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Polşanın Daxili Təhlükəsizlik Agentliyi (ABW) Polşanın şərqindəki Lublin Katolik Universitetinin tələbəsi Mateuş V.-ni terror aktı üçün partlayıcı hazırlayarkən yaxalayıb.

X platformasında açıqlama verən Xüsusi Xidmətlərin Koordinatorunun sözçüsü Yatsek Dobjinski bildirib: “Daha əvvəl şübhəli terror aktının həyata keçirilməsində istifadə olunacaq materialların necə hazırlanması barədə müstəqil şəkildə biliklər əldə edirdi.”

Sözçü əlavə edib: “O, həmçinin planlaşdırdığı fəaliyyətləri həyata keçirmək üçün yardım almaq məqsədilə terror təşkilatına qoşulmağı da planlaşdırırdı. Cinayətin məqsədi çoxlu insanı qorxutmaq və İŞİD-i dəstəkləmək idi.”

Dobjinski ABW əməkdaşlarının məlumat daşıyıcı qurğuları və İslamla bağlı əşyaları müsadirə etdiyini bildirib. Məhkəmə qərarı ilə şübhəli qarşıdakı üç ayı həbsdə keçirəcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp