Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

SVR-nin məlumatına görə, “britaniyalılar ümid edirlər ki, əgər bu vəsait Vaşinqtona çatmasa, Ağ Ev Moskva ilə ‘zərər görmüş sazişi’ həyata keçirməyə marağını itirəcək. O zaman Kiyevdən Rusiyaya qarşı ‘son ukraynalıya qədər’ istifadə etmək təhlükəsiz olacaq”.

Açıqlamada qeyd olunur ki, yüksəkvəzifəli britaniyalı rəsmilər Brüsseldəki avropalı bürokratlara Donald Trampın maliyyə qazancı əldə etmək üçün Moskva ilə uzlaşma axtardığı barədə yanlış məlumatlar veriblər. “Onlar iddia edirlər ki, Rusiya hazırda Avropada ilişib qalmış suveren aktivlərini birgə layihələr üçün istifadə edəcəyinə dair Ağ Evə söz verib və bunu Trampın Rusiya ilə razılaşdırılmış Ukrayna sülh təşəbbüsünü irəli aparması üçün mühüm stimul kimi təqdim edirlər”.

Açıqlamada həmçinin deyilir: “London, Paris və Berlin razılığa gəliblər ki, əgər ABŞ avropalılar üçün qəbuledilməz Ukrayna sazişini dayatmaqda davam edərsə, Pekinə doğru yön dəyişikliyinə başlamağa hazır olduqlarını Vaşinqtona bildirəcəklər”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp