Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları genişləndirmək qərarı qəbul etdiyini bildirib. Tsahkna qərar çərçivəsində Rusiyanın hərbi-sənaye kompleksini dəstəkləyənlər də daxil olmaqla təxminən 1600 şəxs və qurumun hədəfə alındığını qeyd edib.

Sanksiyaların Rusiyanın müharibə fəaliyyətlərini davam etdirməsinə kömək edən şəxsləri və şirkətləri birbaşa hədəfə aldığını bildirən Tsahkna deyib: “Bu, Rusiyanın müharibə maşınını işlək vəziyyətdə saxlayan şəxsləri və şirkətləri birbaşa hədəfə alır”.

Avropanın mövcud siyasətini davam etdirəcəyini vurğulayan Tsahkna bildirib: “Avropa qətiyyətlə yoluna davam edir. Sanksiya təzyiqini artırmağa, Rusiyanı təcavüzkar müharibəsini aparmaq üçün lazım olan vasitələrdən məhrum etməyə və müharibənin davam etməsinə imkan yaradanların məsuliyyətə cəlb olunmasını təmin etməyə davam edəcəyik”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp