Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı təcavüzü, xüsusilə ölkənin ərzaq tədarükü infrastrukturuna edilən hücumlar yalnız Ukraynanın kənd təsərrüfatı sektoruna deyil, həm də qlobal ərzaq təhlükəsizliyinə böyük mənfi təsir göstərmişdir.

Bəyanatda qeyd edilir ki, müharibənin birbaşa nəticəsi olaraq dünyada 70 milyon insan ərzaq tədarük zəncirlərindəki pozulmalar səbəbindən aclıq riski ilə üzləşir:

“Ukraynadan taxıl tədarükü qlobal ərzaq təhlükəsizliyi üçün heç vaxt bu qədər kritik olmayıb. Buna görə də Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci ildə dünya üzrə ölkələrə və insanlara ərzaq böhranının öhdəsindən gəlmək üçün kömək etmək məqsədilə “Ukraynadan Taxıl” humanitar yardım proqramını başladıb.”

Azərbaycan İnformasiya Agentliyi

 

Anasayfa Reklam Alanı 1 728x90
facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp