Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Xarici İşlər Nazirliyi Lixtenşteyn Knyazlığının Milli Günü münasibətilə mesaj yayımlayıb.

Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasında Rusiyanın Ukraynaya qarşı hücumları fonunda Lixtenşteynin dostluğu, həmrəyliyi və humanitar və maliyyə yardımları da daxil olmaqla dəstəyinin yüksək qiymətləndirildiyi bildirilib.

Açıqlamada təcavüzkarın məsuliyyətə cəlb olunmasının təmin edilməsinə yönəlmiş birgə səylər və beynəlxalq hüquqa sadiqlik vurğulanıb, həmçinin Ukrayna ilə Lixtenşteyn arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və hərtərəfli, ədalətli və davamlı sülhə nail olunmasının hədəfləndiyi qeyd edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp