Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

UNRWA Qəzza zolağına giriş məhdudiyyətləri səbəbindən qış ləvazimatlarının sərhəddən kənarda gözlədildiyini bildirib. Agentlik çadırların, ədyalların, döşəklərin və qış geyimlərinin bu ləvazimatlara təcili ehtiyacı olan ailələrdən cəmi bir neçə kilometr uzaqda saxlanıldığına diqqət çəkib.

TRT World-ə açıqlama verən UNRWA-nın Qəzza məsələləri üzrə direktoru Şon Cons məhdudiyyətlərin qış ləvazimatlarının çatdırılmasını gecikdirməyə davam etdiyini bildirərək, soyuq və yağışla mübarizə aparan ailələri dəstəkləmək üçün Qəzzaya daha çox yardımın daxil olmasına icazə verilməsinin vacibliyini vurğulayıb.

O, UNRWA qruplarının tərəfdaşları ilə birlikdə tıxanmış su kanallarını təmizlədiyini, daşqın sularını kənarlaşdırdığını və ailələrin ədyal, eləcə də zədələnmiş sığınacaqları təmir etmək üçün materiallar ala bilməsi məqsədilə nağd yardım göstərdiyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp