Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Regional hadisələr və xarici təhdidlər barədə yazılı mesaj yayımlayan İranın dini lideri Müctəba Xamenei Qərbi Asiya və Fars körfəzindəki liderlərin birgə hərəkət etməli, xalqın isə daxili fikir ayrılıqlarından uzaq durmalı olduğunu vurğulayıb.

Region rəhbərlərinə tövsiyələrini bölüşən Xamenei deyib: "İslam ölkələrinin, xüsusilə Qərbi Asiya və Fars körfəzi bölgələrindəki rəhbərlərinə güclü və dəfələrlə verdiyim tövsiyə budur: Əsl düşməninizi tanıyın, onun planını anlayın və onunla üz-üzə gəlin."

İctimai birliyin əhəmiyyətini vurğulayan Xamenei açıqlamasını bu sözlərlə tamamlayıb: "Yenə də bu bəndənin xalqa tövsiyəsi budur: Öz aranızda heç vaxt hər hansı bir fikir ayrılığının yaranmasına imkan verməyin."

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp