Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Qlobal bazarlarda investorların Yaxın Şərqdəki gərginliyi və Beynəlxalq Enerji Agentliyinin hesabatını qiymətləndirməsi fonunda enerji əmtəələrində əsasən satış üstünlük təşkil edib.

Günün ilk əməliyyatlarında Brent markalı neftin bir barelinin qiyməti 1,71 dollar (1,61 faiz) azalaraq 104,35 dollara düşüb. ABŞ-ın WTI markalı xam nefti isə 1,04 dollar (1,09 faiz) ucuzlaşaraq 94,05 dollardan ticarət olunub.

Yanacaq məhsullarında da itkilər qeydə alınıb. RBOB benzininin qiyməti 0,0634 dollar (1,95 faiz) azalaraq 3,1961 dollara, istilik yanacağının (ULSD HO) qiyməti isə 0,059 dollar (1,20 faiz) geriləyərək 4,8684 dollara düşüb.

Enerji qrupundakı ümumi eniş tendensiyasının əksinə olaraq, təbii qaz qiymətləri yüksəlib. Təbii qazın qiyməti 0,071 dollar (2,22 faiz) artaraq 3,269 dollara çatıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp