Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Niderlandın Baş naziri Rob Yetten açıqlamasında Avropa Şurasının iclasının ikinci günündə Ukraynadakı müharibə və miqrasiya ilə mübarizə məsələlərinin gündəmdə olduğunu bildirib. Yetten Ukraynaya dəstəyin davam etdirilməsinə çağırıb və digər ölkələri də maliyyə və ya hərbi töhfələrini artırmağa səsləyib.

Rusiyaya təzyiqin artırılmasının vacibliyini vurğulayan Yetten ötən həftə raket istehsalında iştirak edən şəxsləri və şirkətləri hədəf alan yeni sanksiyaların tətbiq edildiyini bildirib.

Miqrasiya idarəçiliyi ilə bağlı isə Yetten Avropa İttifaqının (Aİ) Sığınacaq və Miqrasiya Paktının bütün ölkələr tərəfindən effektiv şəkildə həyata keçirilməli olduğunu qeyd edib. O, insan qaçaqmalçılığı ilə mübarizə, regional qəbul imkanlarının genişləndirilməsi və geri qaytarma mərkəzləri kimi variantlar üzərində iş aparıldığını bildirib. Yetten ilin sonuna qədər konkret addımların atılmasının gözlənildiyini əlavə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp