Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski nümayəndə heyəti ilə birlikdə Almaniyanın paytaxtı Berlində görüşlər keçirəcək.

Görüşlərin əsas gündəliyini diplomatik koordinasiya, Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi və enerji sektoruna dəstək təşkil edəcək. Mühüm diplomatik danışıqlardan əvvəl təmasların davam etdiriləcəyini bildirən Zelenski təhlükəsizlik və sabitliyin təmin edilməsinin, eləcə də qaydalara əsaslanan beynəlxalq nizamın qorunmasının ortaq maraq olduğunu vurğulayıb.

Bu prinsiplərin konkret qərarlara və addımlara çevrilməsinin vacibliyini qeyd edən Zelenski deyib: “İnsan həyatının qorunması istiqamətində səylərimizə dəstək verməyə hazır olduğuna və son dərəcə geniş əməkdaşlığımıza görə Almaniyaya təşəkkür edirik”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp