Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Baş katibi Mark Rutte ilə keçirdiyi görüşlə bağlı açıqlama verib.

Zelenski Rutte ilə görüşdükləri zaman Kiyevin üç dalğa ballistik hücuma məruz qaldığını bildirərək deyib: “Marka bütün nəticələri, dağıntıları və insan itkilərini ətraflı şəkildə çatdırdım. Ukraynanın yaşadığı daimi reallıq budur”.

Ukraynanın qanadlı raketlərin və pilotsuz uçuş aparatlarının qarşısını almaq sahəsində təcrübə qazandığını bildirən Zelenski reaktiv mühərrikli “Şahed” tipli pilotsuz uçuş aparatlarına qarşı da həll yolları axtardıqlarını və bu sahədə yaxşı nəticələr əldə etdiklərini qeyd edib.

Zelenski deyib: “Ancaq ballistik raketlərə qarşı hazırda yeganə təsirli seçim Patriot önləyiciləridir. Onlara demək olar ki, hər gün ehtiyacımız var”.

Rutte ilə Patriot önləyicilərinə olan ehtiyaclarını və qış dövrü üçün dəstək paketinin necə təmin oluna biləcəyini müzakirə etdiklərini bildirən Zelenski deyib: “Həll yolları axtarmağa hazır olduğunuz üçün təşəkkür edirəm, Mark. Rusiyanın daha da irəli getmək və digər xalqların həyatını məhv etmək istiqamətində davamlı təhdidlərini nəzərə alsaq, bu, NATO üzvü ölkələr üçün də çox vacibdir”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp