Zelenski Litva Prezidenti Nauseda ilə danışdı
Kiyev, 5 noyabr (Hibya) – Ukrayna Prezidenti Volodimir Zelenski Litva Prezidenti Gitanas Nauseda ilə telefon danışığı aparıb.
Prezident Zelenski Litvaya Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalının əvvəlindən göstərdiyi yardıma görə təşəkkür edib.
Liderlər Ukraynaya enerji dəstəyini müzakirə ediblər. Gitanas Nauseda qaz yardımı göstərməyi təklif edib və komandasının bu istiqamətdə işləyəcəyini bildirib.
Bundan əlavə, dövlət başçıları yaxın gələcək üçün diplomatik mövqelər və əlaqələndirilmiş tədbirlər barədə razılığa gəliblər.
Zelenski həmçinin Nausedaya döyüş meydanındakı vəziyyət barədə məlumat verib.
Azərbaycan İnformasiya Agentliyi