Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski PURL təşəbbüsü ilə bağlı bəyanatında deyib: “PURL təşəbbüsü NATO-nun yüksək dəyərə malik mexanizmidir və müttəfiq dəstəyini Ukrayna üçün konkret imkanlara çevirir. Bu təşəbbüs bizə həyati əhəmiyyət daşıyan Patriot sistemləri və digər kritik Amerika avadanlıqları kimi təcili ehtiyac duyduğumuz müdafiə silahlarını təmin edir və artıq real nəticələr verir”.

Zelenski bildirib ki, avqust ayından tərəfdaş ölkələr müxtəlif Amerika silah paketlərini maliyyələşdirib: Niderland 578 milyon dollarlıq birinci paketi, Danimarka, Norveç və İsveç 495 milyon dollarlıq ikinci paketi, Almaniya 500 milyon dollarlıq üçüncü paketi və Kanada 500 milyon dollarlıq dördüncü paketi dəstəkləyib. O əlavə edib ki, beşinci və altıncı paketlər ABŞ tərəfi ilə koordinasiya mərhələsindədir və Belçika, Litva, Latviya, Estoniya, İslandiya və Lüksemburq beşinci paketə töhfə verməyə hazırdırlar.

Zelenski vurğulayıb ki, təşəbbüsün potensialını tam reallaşdırmaq üçün aylıq 1 milyard dollarlıq sərmayə hədəfləyirlər: “Bu mühüm töhfələrinə görə bütün tərəfdaşlarımıza minnətdarıq. Birlikdə müdafiəmizi gücləndiririk və ədalətli və davamlı sülhə daha da yaxınlaşırıq”.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp