Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Zelenski, Rusiyanın Poltavaya hücumu ilə bağlı ilkin hesabatları aldığını bildirərək, "Mövcud məlumatlara görə, iki ballistik raket bölgəyə düşüb. Onlar bir təhsil müəssisəsini və yaxınlıqdakı xəstəxananı hədəf alıblar və telekommunikasiya institutunun binalarından birini qismən məhv ediblər" dedi.

Zelenski, dağıntılar altında insanların qaldığını qeyd edərək, "Çox sayda insan xilas edilib, lakin 180-dən çox insan yaralanıb. Hazırda 41 nəfərin həyatını itirdiyini bilirik . Bütün yaxınlarına və sevdiklərinə ən dərin başsağlığı verirəm" deyə açıqlama verdi.

Zelenski Rusiyanın bu hücumun əvəzini ödəyəcəyini vurğulayaraq, "Bu terroru dayandırmaq gücünə malik olan bütün dünyanı xəbərdar etməyə davam edirik: Ukraynanın indi hava hücumundan müdafiə sistemlərinə və raketlərə ehtiyacı var, anbarlarda gözləyənlərə deyil" dedi.

Azərbaycan İnformasiya Agentliyi

 

Anasayfa Reklam Alanı 1 728x90
facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp