Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski açıqlamasında Rusiyanın din xadimlərini, kilsələri və digər dini müəssisələri hədəf alan hücumları nəticəsində təxminən 120 din xadiminin həyatını itirdiyini bildirib.

Zelenski təxminən 800 dini tikilinin dağıldığını və ya zədələndiyini, onların arasında minillik tarixə malik tikililərin də olduğunu qeyd edib. Həmin tikililərin pilotsuz uçuş aparatları, qanadlı və ballistik raketlərlə həyata keçirilən hücumlar nəticəsində zərər gördüyünü bildirən Zelenski bu itkilərin yalnız maddi baxımdan deyil, həm də mədəni irs, tarix, incəsənət və memarlıq baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp