Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya hücumlarından sonra enerji sektorundakı fövqəladə vəziyyətlə bağlı gündəlik koordinasiya iclası keçirdiyini qeyd edib.

Zelenski bildirib ki, hazırda ən çətin vəziyyət Kiyev və ətrafı, Xarkov və ətrafı, Sumı vilayəti və Poltava vilayətində müşahidə olunur, həmçinin Dnepr və Çerkası vilayətləri də daxil olmaqla Mərkəzi Ukraynanın digər bölgələrində də vəziyyət çətindir.

Zelenski vurğulayıb ki, təkcə Kiyevdə hazırda 200-dən çox təmir briqadası çalışır və Energetika Nazirliyinin məlumatına görə, briqada üzvlərinin düzgün rotasiyasını təmin etmək üçün bu say artırılacaq və əlavə edib:

“Zaporojyenin pilotsuz uçuş aparatlarından qorunması, qabaqlayıcı PUA-ların təmin edilməsi və təlim keçmiş heyətlərin mövcudluğu məsələlərini ətraflı müzakirə etdik. Bu mövzularla bağlı Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanına və Müdafiə Nazirinə ayrıca tapşırıqlar verilib.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp