Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Zelenski qeyd edib ki, “Avropa Komissiyasının Genişlənmə Paketi Hesabatı” Ukraynanın Avropa İttifaqına üzvlük istiqamətində inamla irəlilədiyini və 1, 2 və 6-cı danışıqlar klasterlərini açmağa hazır olduğunu təsdiqləyir.

O vurğulayıb ki, bu, indiyədək Ukrayna üçün ən müsbət qiymətləndirmədir: “Rusiya Federasiyasının genişmiqyaslı hücumuna qarşı müdafiə aparsaq da, Ukrayna islahatlarını Avropa standartlarına uyğun şəkildə davam etdirir.”

Zelenski bildirib ki, Ukraynanın Aİ-yə inteqrasiyası milyonlarla vətəndaşın səyləri nəticəsində mümkün olub: “Müstəqilliyimiz və dövlətimiz naminə hər gün çalışan, bu səyləri dəstəkləyən və xüsusilə Ukraynanın, silahdaşlarının və vahid, azad Avropanın gələcəyi uğrunda vuruşan cəsur əsgərlərimizə minnətdaram.”

O həmçinin vurğulayıb ki, Ukrayna Avropanı və ortaq dəyərləri gücləndirmək üçün qətiyyətlə çalışmaqda davam edəcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp