Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın son dövrlərdə intensivləşən hücumları ilə bağlı məlumatları paylaşaraq beynəlxalq ictimaiyyətə müraciət edib.

Hücumların miqyasını rəqəmlərlə ifadə edən Zelenski bildirib: “Təkcə bu həftə Rusiya Ukraynaya qarşı 1 070-dən çox idarəolunan hava bombası, təxminən min hücum dronu və 6 raket buraxıb. Rusiyanın müxtəlif silahlarla xalqımıza qarşı hücumları səbəbindən Ukraynada demək olar ki, hər gün həyatlar təhlükə altındadır.”

Hava hücumundan müdafiə sistemlərinin kritik əhəmiyyətini vurğulayan Zelenski əlavə edib: “Tərəfdaşlarımızla razılaşdırılan hər şey mümkün qədər sürətləndirilməlidir. Tərəfdaşların anbarlarında olan hər bir HHM raketi həqiqətən həyatları xilas edə bilər.”

Zelenski qeyd edib ki, Ukraynaya göstərilən sabit və proqnozlaşdırıla bilən yardım Moskvanı diplomatiyaya yönəldə bilər.

ABŞ, Avropa və Könüllülər Koalisiyasının dəstəyinə güvəndiklərini bildirən Zelenski, ədalətli sülh üçün çalışan bütün tərəflərə minnətdarlığını ifadə edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp