Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa Komissiyası ilə aparılan danışıqlarla bağlı açıqlama verib.

Zelenski bildirib ki, danışıqlar Ukraynanın 2026 və 2027-ci illərdəki maliyyə və müdafiə ehtiyaclarının qarşılanması ilə bağlı müsbət nəticələr verib. O qeyd edib ki, bu çərçivədə ehtiyacların tam şəkildə qarşılanmasını təmin edəcək format, təqvim və atılmalı olan addımlar barədə razılıq əldə olunub.

Zelenski bundan sonra işlərin koordinasiyalı şəkildə aparılacağını və tədbirlərin hər ay uyğunlaşdırılacağını bildirib, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenə və avropalı tərəfdaşlara təşəkkür edib.

Zelenski həmçinin Ukraynanı, onun müdafiəsini və cəmiyyətini gücləndirəcək yeni qərarlar üzərində işlədiklərini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp