Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli hakimiyyətdə olan Rifah Partiyasının rəhbər şəxslərinin Hurso Hərbi Təlim Mərkəzində təlim keçdiyini bildirib.

Abiy Əhməd hərbi təlimin intizam, məsuliyyət, liderlik və ortaq məqsədlər istiqamətində işləmək bacarıqlarını inkişaf etdirdiyini qeyd edib. Ölkənin inkişaf hədəflərinə çatmasında rəhbər şəxslərin bilikli və hazırlıqlı olmasının əhəmiyyətini vurğulayan Abiy Əhməd hərbi təlim zamanı əldə edilən bilik və bacarıqların dövlət idarəçiliyinə töhfə verəcəyini bildirib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp