Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

ABŞ-ın Ankara səfirliyi vətəndaşları viza müraciətləri ilə bağlı dələduzluq cəhdlərinə qarşı xəbərdar edib.

Açıqlamada bəzi şəxslərin ödəniş qarşılığında viza müsahibəsinə hazırlıq vədi ilə insanları aldatmağa çalışdığı bildirilib: “Kimsə sizə ödəniş qarşılığında viza müsahibəsinə ‘hazırlaya’ biləcəyini deyib? Bu, dələduzluq cəhdidir.”

Yayğın dələduzluq üsulları arasında saxta internet saytları, ödəniş qarşılığında viza vəd edən e-poçtlar və üçüncü şəxslər vasitəsilə yönləndirmələr yer alır.

Qeyd olunub ki, müraciətin məzmununa görə məsuliyyət müraciət edənə aiddir: “Yanlış məlumat təqdim edildiyi halda müraciətiniz rədd edilə bilər və ABŞ-a girişiniz daimi olaraq qadağan edilə bilər.”

Səfirlik həmçinin viza dələduzluğu ilə məşğul olan şəxslərin cinayət məsuliyyətinə cəlb olunacağını vurğulayıb.

Bundan əlavə bildirilib ki, Avropa İttifaqı (Aİ) ölkələrində də oxşar xəbərdarlıqlar edilir və vətəndaşlar yalnız rəsmi müraciət kanallarından istifadə etməlidirlər.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp