Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Prezident Trampın nitqindən bəzi əsas məqamlardır:

“İndi Müdafiə Nazirliyinin adı Müharibə Nazirliyi oldu. İnsanlar bu ideyanı çox bəyəndilər. Xüsusilə sol qanaddan bununla bağlı çox qəzəbli bəyanatlar alacağımızı düşünmüşdüm, amma onlar əslində artıq heç nə deyə bilmədilər.
Ad dəyişməsi sadəcə brend dəyişməsi deyil — bu bizim kimliyimizi, qürurumuzu və məqsədimizi yenidən ortaya qoymaqla bağlıdır.

Biz müharibə istəmirik, amma bəzən onu aparmaq məcburiyyətində qalırsınız. Bilirsiniz, mən çox müharibələri bitirmişəm. Təxminən 9 aydır vəzifədəyəm və 7 müharibəni bitirdik.

Dünən Yaxın Şərqin 3000 ildir ehtiyac duyduğu razılaşma ola bilər. Əlbəttə ki, Həmas bu təklifi qəbul etməlidir. Əgər bunu etməsələr, onlar üçün çox çətin olacaq. Amma faktlar ortadadır. Bütün ərəb və islam ölkələri razılaşdı, qəbul etdi. İsrail qəbul etdi.

Mən Putin ən asan olacağını düşünmüşdüm. Əgər seçkidə saxtakarlıq olmasaydı və mən prezident olsaydım, Rusiya-Ukrayna müharibəsi mütləq olmazdı. Həm də mən prezident olanda da olmadı. Mən Putini çox yaxşı tanıyıram və bunu çox asanlıqla həll edə biləcəyimi düşünmüşdüm. Amma ən çətin Ukrayna müharibəsi çıxdı.

Afqanıstanı tərk etməyimizi ABŞ tarixinin ən dəhşətli günü hesab edirəm. İndi geri qayıtdıq. Artıq belə dəcilliklər olmayacaq. Sizə bunu deyə bilərəm. Birlikdə döyüşkən ruhumuzu yenidən oyadırıq.

Son vaxtlar Rusiyadan bir qədər təhdid hiss etdik. Mən bir nüvə sualtı qayıq göndərdim. Tarixdə istehsal edilmiş ən ölümcül silah. Bilirsiniz, onların harada olduqlarını heç vaxt təyin etmək mümkün deyil. Biz sualtı qayıqlarda Rusiya və Çindən 25 il qabaqdaıq.

Əgər istifadə etmək lazım olsa, hamıdan çox nüvə silahımız var. Daha yaxşı, daha yeni nüvə silahlarımız var. Amma belə bir şeyi düşünmək belə istəmirik. Amma kimsə bundan danışanda dərhal nüvə sualtı qayığını göndərdik. O hələ dənizdə bir yerdə irəliləyir, amma düşünürəm ki, ondan istifadə etməli olmayacağıq.

Hər kəs bu razılaşmanın tərəfindədir. Bizə bir imza lazımdır. O imza gəlməsə onlar cəhənnəmi yaşayacaqlar. Amma mən böyük şeylər qura biləcəyimizi düşünürəm. 8 müharibəni bitirə bilmək böyük bir şərəf olar.”

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp