Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Belçikanın xarici işlər naziri Maksim Prevot son günlər Rumıniyada vurulan pilotsuz uçuş aparatları ilə bağlı açıqlama verib.

Prevot bildirib ki, Rumıniyanın apardığı araşdırma nəticəsində vurulan aparatların birinin Rusiya istehsalı olan "Şahed" tipli pilotsuz uçuş aparatı olduğu müəyyən edilib.

Belçikanın Rumıniya ilə həmrəylik içində olduğunu vurğulayan Prevot xatırladıb ki, NATO döyüş qrupu çərçivəsində Rumıniyada təxminən 300 belçikalı hərbçi xidmət edir.

Prevot əlavə edib ki, Belçika NATO və Avropa İttifaqındakı müttəfiqləri ilə birlikdə suverenliyi və ərazi bütövlüyünü müdafiə etməyə davam edəcək.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp