Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Türkiyədəki səfiri Tom Barrack 19 May Atatürkü Anma, Gənclik və İdman Günü münasibətilə açıqlama verib.

Barrack bildirib: “Bu mənalı 19 May Atatürkü Anma, Gənclik və İdman Günündə böyük türk xalqına ən səmimi təbriklərimizi çatdırırıq.”

Açıqlamasında Mustafa Kamal Atatürkün gənclərə və gələcəyə dair baxışına diqqət çəkən Barrack deyib: “Atatürk Türkiyənin uzaqgörən qurucusu olaraq gənclərin enerjisinə və dinamizminə dərin bir inam aşılayıb. Bu inam bu gün də güclü şəkildə öz əks-sədasını tapır.”

Türkiyənin regional sabitliyə töhfə verdiyini vurğulayan Barrack iki ölkə arasındakı tərəfdaşlığın sülh və rifahı dəstəklədiyini bildirib.

Barrack ortaq çətinliklər və imkanlar əsasında inkişaf etdirilən dostluğun bölgəyə və dünyaya ümid verməyə davam etdiyini qeyd edib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp