Deniz polisinden Adalar çevresinde 'deniz taksi' denetimi

Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Heorhii Tıxıy Moskvanın Ukraynanı Latviya ərazisindən istifadə edərək Rusiyaya qarşı hücumlar hazırlamaqda ittiham edən açıqlamalarını rədd edib.

Tıxıy sözügedən iddiaların həqiqəti əks etdirmədiyini bildirərək deyib: “Moskvanın Ukraynanı Latviya ərazisindən Rusiyaya qarşı hücumlar hazırlamaqda ittiham edən son yalanlar silsiləsində heç bir həqiqət yoxdur. Bunları rəsmi olaraq təkzib edirik.”

Ukraynanın Rusiyaya qarşı əməliyyatlarında Latviyanın ərazisini və ya hava məkanını istifadə etmədiyini vurğulayan Tıxıy, “Bunu etməyi də planlaşdırmır” deyib.

Açıqlamada Rusiyanın iddialarının Baltik regionunda ictimai rəyi sabitlikdən çıxarmağa yönəlmiş təbliğat kampaniyasının bir hissəsi olduğu bildirilib və Latviyaya anlayışı və dəstəyi üçün təşəkkür edilib.

Azərbaycan İnformasiya Agentliyi

 

facebook sharing button Facebook
twitter sharing button Tweeter
whatsapp sharing button Whatsapp